• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Mətbəximiz Vyetnam festivalında

Noyabr 26, 2025
A A

Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində 13-cü “Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı” adlı xeyriyyə yarmarkası keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın həyat yoldaşı xanım No Fon Li, dövlət və hökumət rəsmiləri, Vyetnamda akkreditə olunmuş diplomatik missiya rəhbərləri, bölgələrin təmsilçiləri, habelə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Festival zamanı Azərbaycan stendində ölkəmizə aid milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini, həmçinin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü əks etdirən şəkillər və digər materiallar nümayiş etdirilib, iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (qutab, dolma, plov, müxtəlif növ kabablar və Azərbaycan çayı) təqdim olunub.

Azərbaycan səfirliyinin dəvəti ilə beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının (WBQA) vitse-prezidenti, Dünya Aşpazlar Assosiasiyasının (WACS) rəsmi hakimi, həmyerlimiz Sahib-David İsrafilov festivalda milli yeməklərimizin təqdimatını edib.

Festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunan pavilyonlardan biri Azərbaycana aid olub. Festivalda səfirliyin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri Azərbaycan pavilyonun fəaliyyətinə dəstək olublar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.