• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Macarıstanda yaşayan soydaşlarımızla görüş

Dekabr 3, 2025
A A

Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun inkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri müzakirə olunub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini və dünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyini diqqətə çatdıran sədr komitənin layihələri barədə məlumat verib.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksək qiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.

Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabat çıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. O, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığını bildirib, perspektivə dair təkliflər veriblər.

Görüşdə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəki həftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak ediblər.

Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə ilə yekunlaşıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.