• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Maliyyə naziri Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb

Fevral 18, 2026
A A

Fevralın 18-də maliyyə naziri Sahil Babayev Nazirlik yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüşüb.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə çıxış edən nazir Sahil Babayev vətəndaş cəmiyyəti nümayəndələrini Maliyyə Nazirliyi yanında İctimai şuraya üzv seçilmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, bu gün dövlət qurumlarının fəaliyyətində ictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir. Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Maliyyə Nazirliyi yanında yaradılan İctimai şura da hüquqi aktların qəbulu, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən nazir Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanına əsasən rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edilib ki, Rəqəmsal Maliyyə Mərkəzi və Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, 13 əsas altsistemdən ibarət olan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Nazir vurğulayıb ki, büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və xərclərin optimallaşdırılması əsas prioritetlərdəndir. Bu çərçivədə dövlət maliyyəsinə vahid və sistemli yanaşma tətbiq olunacaq, aidiyyəti qurumlar arasında effektiv koordinasiya gücləndiriləcək.

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi, müzakirə mərhələləri və icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması, habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə sistemli iş aparıldığını qeyd edən S.Babayev bildirib ki, bu çərçivədə əsas büdcə sənədləri və məlumatları beynəlxalq standartlara uyğun olaraq dərc olunur, “Vətəndaşın büdcə bələdçisi”, habelə dövlət və icmal büdcələrin icrasına dair rüblük və illik təqdimatlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Nazir əmin olduğunu bildirib ki, İctimai şura “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirəcək və bu əməkdaşlıq Maliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edəcək.

Görüşdə çıxış edən İctimai şuranın sədri İnqilab Əhmədov bildirib ki, Maliyyə Nazirliyi yanında İctimai Şura öz fəaliyyəti ilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, maliyyə sahəsində aparılan islahatların dəstəklənməsinə, eləcə də ictimai iştirakçılıq indeksinin artırılmasına və ölkənin maliyyə siyasəti ətrafında müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəkdir.

İctimai Şuranın üzvləri – Nuriyyə Novruzova, Anar Əzizov, Elşad Məmmədov, Mehdi Babayev, Əyyub Kərimli və Elman Sadıqov çıxış edərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Sonda Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinə vəsiqələr təqdim edilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.