• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

Oktyabr 24, 2025
A A

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli görüşlər keçirib.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə keçirilən görüşdə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

S. Babayev görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunaraq, xüsusilə ticarət, xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal iştirak imkanlarını diqqətə çatdırıb.

Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakı sahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Eyni zamanda, iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.