• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Fevral 23, 2026
A A

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin dördüncü və beşinci mövsümünün qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı müsabiqənin ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr potensialının üzə çıxarılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Nazir qeyd edib ki, artıq beşinci dəfə keçirilən “Yüksəliş” müsabiqəsi ədalətlilik və şəffaflıq prinsiplərinə əsaslanan qiymətləndirmə modeli ilə seçilir. Onun sözlərinə görə, müsabiqənin mərhələli və obyektiv seçim mexanizmi iştirakçılar üçün bərabər imkanlar yaradır, nəticələrin isə yalnız bilik, bacarıq və liderlik keyfiyyətlərinə əsasən müəyyənləşdirilməsi cəmiyyət tərəfindən formalaşan yüksək etimadın əsasını təşkil edir.

Görüş çərçivəsində Mentorluq Proqramının əhəmiyyətinə də toxunulub. Bildirilib ki, proqram qaliblərə nəzəri biliklə yanaşı real idarəçilik təcrübəsi, strateji düşünmə bacarığı və qərarvermə prosesində praktiki yanaşma qazandırır. Təcrübəli rəhbərlərlə birbaşa ünsiyyət və fərdi inkişaf planı əsasında aparılan iş qaliblərin potensialının sistemli şəkildə inkişafına şərait yaradır.

Görüş zamanı qaliblərin rəy və təklifləri diqqətlə dinlənilib, idarəçilik təcrübəsi, dövlət sektorunda karyera imkanları, innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.