• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Maliyyə Nazirliyində Böyük Britaniya nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabr 3, 2025
A A

Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də cari ilin aprel ayında iki ölkə arasında London şəhərində keçirilmiş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolunda nəzərdə tutulan müddəaların icrası müzakirə edilib.

Görüş zamanı investisiyaların təşviqi, vergi və gömrük sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub. Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.

Anar Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri sırasındadır və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.

Öz növbəsində, Aleksandr Tirel birgə layihələr və təşəbbüslərin vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.

Görüşdə gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.