Mayk Doran: Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Vaşinqtonda “ABŞ Cənubi Qafqazda “Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxış edib.
O bildirib ki, bu, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqəni yenidən formalaşdıra biləcək imkanlar yaradır.
“Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil. Bu bölgə qlobal geosiyasətdə vacib nöqtəyə çevrilir. Ora dünyanın bütün böyük dövlətlərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu bir nöqtədir. Xüsusilə Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Bura Qərb üçün regionun böyük resurslarına və strateji yollarına qapıdır. Enerji qovşağı, tranzit dəhlizi, həmçinin Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən təhlükəsizlik müttəfiqi kimi Bakı unikal rol oynayır”, – deyə o əlavə edib.
Globalart.az
