• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda yerli iqlim fəaliyyəti imkanları barədə məlumatlılığı artırır

Fevral 11, 2026
A A

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı  Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanlar haqqında maarifləndirici tədbir təşkil edib.

Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, tədbir 10 fevral tarixində Bakıda keçirilib və bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib. Görüşlər Avropa İttifaqının məlumatlı yerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş daha geniş səyləri çərçivəsində, yerli enerji səmərəliliyini, iqlimə davamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləri bir araya toplayıb.

Görüşlərin əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarətdir. Merlər Razılaşması – Şərq Tərəfdaşlığı komandası təşəbbüsü haqqında məlumat və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatolii Topal Merlər Razılaşması təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər.

Azərbaycanda Merlər Razılaşmasında iştirak artıq konkret nəticələr verib. Mingəçevir ölkədə Merlər Razılaşması – Şərq Tərəfdaşlığı tərəfindən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırması üçün zəmin yaradıb. Həm Mingəçevir, həm də Şəki üçün təşəbbüs bələdiyyə obyektlərində enerji auditlərinin aparılmasına dəstək göstərib və hazırda şəhərlərə maliyyələşmə mənbələrinin tapılması istiqamətində kömək edir. Şəkidə bu dəstək həmçinin “Mounting Adapt” proqramı çərçivəsində konkret layihə üçün maliyyənin cəlb olunmasına imkan yaradıb. Bundan əlavə, Merlər Razılaşması – Şərq Tərəfdaşlığı yerli maraqlı tərəflərin cəlb olunmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verən Enerji Günlərinin təşkili prosesini də dəstəkləyib.

Bununla yanaşı, Energetika Nazirliyinin ekspertləri Şəkiyə təşkil olunan səfər zamanı Merlər Razılaşması – Şərq Tərəfdaşlığın ekspertlərini müşayiət edərək, qarşılıqlı təcrübə mübadiləsini praktiki öyrənmə ilə birləşdiriblər. Proqram çərçivəsində kiçik su elektrik stansiyası, ənənəvi su dəyirmanları və seçilmiş tarixi abidələr kimi yerli enerji və mədəni irs obyektlərinə səfərlər həyata keçirilib və iqlim, enerji və mədəni dəyərlərin dayanıqlı yerli inkişafa inteqrasiyası yolları yerində qiymətləndirilib.

Tədbirləri açılış nitqi ilə başlayan Aİ-nin Azərbaycandakı səfiri Marijana Kunjundzic iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.

“Azərbaycanın daha çox bələdiyyəsini iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət etməkdən məmnunam. Artıq təxminən 12 000 yerli hakimiyyət orqanı Aİ-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb. Həmçinin qürur duyuram ki, Aİ Azərbaycanın qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir”, – deyə səfir Marijana Kunjundzic bildirib.

Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyinin əsas istiqamətlərdən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayan Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov bildirib: “Merlərin Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək.”

Merlər Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsünün komanda rəhbəri Christophe Frering qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri biliklərlə təmin etməkdir.

“Azərbaycandan marağın artdığını müşahidə edirik. Bizim rolumuz bələdiyyələrin təşəbbüsə qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar vermələri üçün aydın məlumat, praktiki alətlər və real nümunələr təqdim etməkdir”, – deyə cənab Frering vurğulayıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.