Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb
A
A
Mikayıl Cabbarov rəsmi Facebook hesabinda paylaşım edib:
“Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu.
İqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğulayaraq biznes, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə mübadiləsi imkanlarını dəyərləndirdik.”
Globalart.az
