Mikayıl Cabbarov: Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu
A
A
“Ərəb Koordinasiya Qrupunun (Arab Coordination Group) Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankı Qrupunun (İİB) (Islamic Development Bank Group – isdb.org) sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu”.
Globalart.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial hesabında deyib.
Qeyd olunub ki, ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və İİB Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr aparılıb.
Globalart.az
