• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milad bayramı və ənənələri

Dekabr 25, 2025
A A

Milad bayramı xristian dünyasında Pasxadan sonra ikinci ən müqəddəs bayram hesab olunur. Bu bayram İsa Məsihin anadan olmasını simvolizə edir və yalnız dini deyil, həm də ailəvi, mənəvi və mədəni dəyərləri özündə birləşdirir.

Miladdan əvvəl xristianlar 40 günlük oruc tuturlar. Bu oruc bədənin və ruhun təmizlənməsi, insanın özünü mənən hazırlaması mənası daşıyır. Pravoslav ənənəsinə görə Milad yanvarın 6-da, axşam səmasında ilk ulduzun görünməsi ilə başlayır. Bu ulduz İsanın doğumu zamanı göründüyünə inanılan Beytləhm ulduzunun rəmzidir. Milad ağacının başına qoyulan ulduz da məhz bu hadisəni simvolizə edir.

Bayram ailə üzvləri, qohumlar və dostlarla birlikdə qeyd olunur. Müqəddəs Axşam adətən şam yandırılması və dua ilə başlayır. Pravoslav xristianlar 12 həvarinin xatirəsinə süfrəyə 12 növ yemək düzürlər. Süfrənin altına saman qoyulması isə İsanın doğulduğu axurun rəmzidir. Bayram ərəfəsində insanlar küsülüləri barışdırmağa, incitdikləri şəxslərdən üzr istəməyə çalışırlar.

Qədim ənənələrə görə, Milad gecəsi gənclər müxtəlif geyimlərdə ev-ev gəzərək mahnılar oxuyar, bunun müqabilində şirniyyat və hədiyyələr alardılar. Bu adət bir çox cəhətdən Novruz bayramında Kosanın pay yığmasına bənzəyir. Ümumilikdə Milad və Novruz arasında fal açmaq, pay yığmaq, barışmaq və günəşin qaranlıq üzərində qələbəsini simvolizə etmək kimi oxşarlıqlar mövcuddur.

Milad süfrəsində adətən hindtoyuğu və tərəvəzlər olur. İnanclara görə, bu gün ip əyirmək, tikiş tikmək, ağır ev işləri görmək düzgün sayılmır. Kənd yerlərində süfrə ayaqlarının bağlanması bərəkət və mal-qaranın artması niyyəti daşıyırdı. Həmçinin bayram süfrəsinə tənha və yolda qalmış insanları dəvət etmək xeyirxah bir adət hesab olunurdu.

Milad ağacı əbədi həyatın, pəncərədə yandırılan şam isə Tanrını gözləyən insan ruhunun simvoludur. Miladda hədiyyə vermək ənənəsi isə İsanın doğulduğunu eşidib ona qızıl, buxur və mirra gətirən müdrikləri xatırladır.

Bayram günü hamının yeni paltar geyinməsi, süfrənin gecəyə qədər yığışdırılmaması, pis sözlərdən və mübahisədən uzaq durmaq vacib sayılır. Ov etmək, balıq tutmaq, heyvanlara zərər vermək qadağan olunur. Yoxsullara və köməyə ehtiyacı olanlara yardım etmək isə Miladın əsas mənəvi prinsiplərindəndir.

Milad bayramının məşhur simvollarından biri olan Şaxta Baba (Santa Klaus) obrazı IV əsrdə yaşamış Müqəddəs Nikolaya əsaslanır. O, yoxsullara gizli şəkildə kömək etməsi ilə tanınmışdır. Küknar ağacının evlərdə bəzədilməsi ənənəsi isə sonrakı dövrlərdə yayılmışdır.

Bütün bu adətlər rəsmi dini qaydalardan çox, xalq inanclarına əsaslanır. Milad insanların möcüzələrə, yaxşılığa və ümidə inandığı bir bayramdır. Bəlkə də Miladın ən böyük möcüzəsi elə bu inamın özüdür.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.