• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb

Fevral 13, 2026
A A

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Nikolay Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanan “Evlilik” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elşad Rəhimzadə, quruluşçu rəssamı Elmira Üzeyirova, rejissor assistenti Fuad Cavadzadə, xoreoqraf isə Ceyhun Dadaşovdur.

Tamaşada Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar artistlər Şəfəq Əliyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Elnur Bəhramxan, Rasim Cəfər, aktyorlar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Ramil Məmmədov, Elşən Hacıbabayev, Elgün Yəhyayev, Hökümə Rəhimzadə, Hilal Dəmirov, Xaliq Bəkirov, İmdad Tofiqoğlu, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Mətləb Abuşov iştirak edirlər.

Bildirilib ki, səhnə əsəri ömrünü səmərəsiz keçirən insanların həyatından bəhs edir. Qəhrəmanlar həyatlarını dəyişməyin ən asan yolunu evlilikdə görürlər.

Yaşı ötmüş kiçik məmur İvan Kuzmiç Podkolyosin evlənmək, tacir qızı Aqafya Tixonovna isə ərə getmək arzusundadır. Aradüzəldən Fyokla İvanovna da bu prosesdə şəxsi maraqları naminə fəallaşır. Qoqol əsərdə insan münasibətlərinə laqeyd yanaşmağın, ülvi hissləri oyuncağa çevirməyin acı nəticələrini satirik dillə təqdim edir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.