• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Gimnastika Arenasında Dünya Kuboku keçirilib

Fevral 23, 2026
A A

Fevralın 21-22-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edib. Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini sınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları baş tutub.

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan gimnastları Bakıda təşkil olunan Dünya Kubokunu altı medalla tamamlayıblar. Selcan Mahsudova – Maqsud Mahsudov tandemi qarışıq sinxron proqramda qızıl medala layiq görülüb. Cütlük yekun sıralamada birinci yeri tutub. Tamblinq üzrə mübarizədə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıblar.

Batut gimnastikasında isə Maqsud Mahsudov – Hüseyn Abbasov və Selcan Mahsudova – Şəfiqə Hümbətova duetləri sinxron proqramda bürünc medal əldə ediblər. Selcan Mahsudova fərdi proqramda da gümüş medal qazanaraq komandamızın aktivinə daha bir uğur əlavə edib.

Təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə gimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun qalibi olub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.