• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyn Krallığında səfərdə olub

Yanvar 16, 2026
A A

Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində və Bəhreyn Krallığının Manama şəhərində səfərdə olub.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, səfərlər zamanı Milli Məclisin Aparatı ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının Baş katiblikləri arasında təcrübə mübadiləsi çərçivəsində süni intellektin parlament fəaliyyətində tətbiqi və “Yaşıl Parlament” layihəsi ilə bağlı mütərəqqi təcrübələrdən yararlanmaq barədə müzakirələr aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı Federal Milli Şuranın fəaliyyəti ilə tanışlıq çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyətinə Baş Katibliyin müxtəlif idarələrinin rəhbərləri tərəfindən təqdimatlar edilib. Federal Milli Şuranın Baş Katibliyinin parlament araşdırmaları, plenar sessiyaların və komitələrin işinin təşkili, rəqəmsal transformasiya və süni intellektin tətbiqinə məsul olan müvafiq şöbələrinin məlumatları dinlənilib, BƏƏ parlamentinin strukturu, nəzarət funksiyası, qanunvericilik və beynəlxalq fəaliyyəti, həmçinin ictimaiyyətlə əlaqələri barədə çıxışlar edilib, qeyd olunan mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Bəhreyn Krallığına səfər çərçivəsində isə Baş Katibliyin struktur bölmələrinin rəhbərləri parlamentdə süni intelektin imkanlarının tətbiq edilməsi, “Yaşıl Parlament” layihəsi, informasiya texnologiyaları və digər sahələr üzrə görülən işlərə dair təqdimatlarla çıxış ediblər. Milli Məclis Aparatının nümayəndə heyəti “Yaşıl Parlament” ilə bağlı Nümayəndələr Şurasının əldə etdiyi uğurlar, bununla əlaqədar parlamentdə yaradılmış müvafiq infrastrukturla yaxından tanış olub, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanun yaradıcılığı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının Baş katibi Ömər Əl-Nuaimi və Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayi ilə də görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu ölkələrin parlamentləri arasında əməkdaşlıq, Aparatlar arasında əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə müzakirələr aparılıb.

Səfərlər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının inzibati binaları, plenar iclas zalları, elektron səsvermə sistemləri, deputatlar və əməkdaşlar üçün yaradılmış iş şəraiti, istifadə olunan informasiya texnologiyaları sistemləri və tətbiq edilən son yeniliklərlə də tanış olub.

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.