• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisdə Britaniya nümayəndə heyəti ilə parlamentlərarası əməkdaşlıq müzakirə olunub

Sentyabr 26, 2025
A A

Sentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Globalart.az  “AZERTAC”a istinadən xəbər verir ki, görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü Səməd Seyidov parlamentlərarası əlaqələrin ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə dövlətlərimiz arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.