• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvar 21, 2026
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, yanvarın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyinə 4 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl dünyada baş verən mürəkkəb geosiyasi prosesləri dəyərləndirən Səməd Seyidov, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən gün Davos Ümumdünya İqtisadi Forumunda beynəlxalq və regional təhlükəsizlik, qlobal nizam məsələlərinə dair səsləndirdiyi mühüm fikirlərdən bəhs edib, bu yanaşmaların mövcud geosiyasi reallıqlar baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunu qeyd edən komitə sədri, ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunmasını mühüm və əlamətdar hadisə adlandırıb.

Sonra gündəliyə daxil olan məsələlər – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat və  komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Komitə sədri qeyd edib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 33 məsələyə baxılıb və 31 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bildirilib ki, payız sessiyası ərzində komitə üzvləri vətəndaş qəbulları təşkil edərək seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüblər. Həmçinin qeyd olunub ki, hesabat dövründə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, eləcə də xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan yeni qanun layihələrinin müzakirəsi, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

Daha sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Səməd Seyidov gündəliyin ikinci və üçüncü məsələləri olan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə və “Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri ilə bağlı bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olmaqla yanaşı, gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsinə və əməyin mühafizəsi sahəsində beynəlxalq standartların tətbiqinə töhfə verəcək.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitə sədrinin müavini Nigar Arpadarai, üzvləri Nəsib Məhəməliyev, Fariz İsmayılzadə, Qaya Məmmədov, Rasim Musabəyov, Rizvan Nəbiyev, Nigar Məmmədova və Gülşən Paşayeva çıxış ediblər, öz təklif və qeydlərini səsləndiriblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda deputatlar Azər Kərimli, Pərvanə Vəliyeva, Tural Gəncəliyev, Sevinc Fətəliyeva, Zaur Şükürov, Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.