• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib

Fevral 23, 2026
A A

Fevralın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, əvvəlcə komitə sədri gündəliyin birinci məsələsini- Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirilib ki, qanun layihəsində təklif olunan dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakteri daşıyır və qanunvericilik sisteminə aid digər normativ aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.  Layihədə əks olunmuş müddəaların bir çoxu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş  27 dekabr 2024-cü il tarixli dəyişikliklərlə əlaqədardır.

Gündəliyin növbəti məsələsini – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşda təqdim edib. Qeyd edilib ki,  qanun layihəsi  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya yolu ilə qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur. Layihənin qiymətləndirmə prosesinin obyektivliyini, şəffaflığını və hüquqi əsaslarını gücləndirmək, müasir qiymətləndirmə metodlarının tətbiqini təmin etmək və əmək mübahisələri riskini azaltmaq məqsədilə hazırlandığı bildirilib.

Onlayn iclasda gündəliyin sonuncu məsələsi –  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”,“Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,“Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim olunub. Diqqətə çatdırılıb ki, layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

Müzakirələrdə komitə üzvləri Soltan Məmmədov,Vüqar Bayramov, Nigar Məmmədova, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, və Göydəniz Qəhrəmanov çıxış edərək, məsələlərlə bağlı fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.

Sonda  qanun layihələrinin hər biri  Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Elşad Musayev, üzvləri Səttar Möhbalıyev, Bədəl Bədəlov,  Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.