• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvar 21, 2026
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin  yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi və cari məsələlərin müzakirəsi daxildir.

Birinci məsələ barədə danışan komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb. Bu dövr ərzində komitəyə daxil olmuş 83 ərizə, məktub və digər müxtəlif xarakterli sənədlərlə, həmçinin elektron poçt vasitəsilə daxil olmuş məktubların əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb, onların qanun çərçivəsində həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.

Sessiya ərzində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi  digər komitələrlə birlikdə komitədə müzakirə olunub və Milli Məclisdə üç oxunuşda qəbul edilib.

Qeyd olunub ki, sessiya ərzində komitədə ölkəmizdə səfərdə olan xarici qonaqlarla bir sıra görüşlər keçirilib, komitə üzvləri  “Konstitusiya və Suverenlik İli” çərçivəsində  təşkil olunmuş festival və forumda, həmçinin bir sıra konfrans, ictimai dinləmə və digər tədbirlərdə iştirak ediblər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə danışan komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri komitədə müzakirə olunacaq, bir sıra mövzularda ictimai müzakirələr, vətəndaşlarla və dini konfessiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək.

Sonra komitə sədrinin müavini Sahib Alıyev və komitə üzvləri Azər Allahverənov, Elşad Musayev, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov və Azay Quliyev çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, bir sıra təkliflərini səsləndiriblər.

İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.

Tədbirdə komitə üzvləri Cavanşir Paşazadə, Səbinə Salmanova, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.