• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Fevral 11, 2026
A A

Fevralın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  iclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə  1 məsələnin – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin daxil edildiyini bildirib. Layihənin komitənin təşəbbüsü ilə hazırlandığını deyən Azər Əmiraslanov Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan, bu qanun layihəsini zəruri edən məqamlardan danışıb. Komitə sədri milli təhlükəsizliyin iqtisadi təhlükəsizliklə sıx bağlı olduğunu qeyd edərək, bugünkü qanun layihəsinin də ölkəmizdə iqtisadi təhlükəsizlik sahəsində mühüm tədbirlərin görülməsi üçün hüquqi əsasların yaradılmasına xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın xarici investisiyaların cəlb olunmasında ciddi uğurlar əldə etdiyini deyən komitə sədri bunun ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sayəsində mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, son iki onillik ərzində ölkəmizə 350 milyardlıq xarici investisiya cəlb edilib ki, bu da kifayət qədər böyük rəqəmdir.

Sonra komitə sədri gündəlikdəki qanun layihəsi barədə məlumat verərək diqqətə çatdırıb ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla – dövlət ehtiyacları üçün və  rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi  yolu ilə investora ödənilir.

Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının  milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.

İclasda çıxış edən komitə üzvləri Aydın Hüseynov, Vüqar Bayramov, Ziyad Səmədzadə, Azər Badamov və Rövşən Muradov qanun layihəsinin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitə üzvləri Tahir Mirkişili, Əli Məsimli, Zaur Şükürov, Məşhur Məmmədov, Müşfiq Cəfərov, Əlibala Məhərrəmzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.