• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvar 20, 2026
A A

Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclası açan komitə sədri Polad Bülbüloğlu sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.

İlk növbədə, komitə sədrinin təklifi ilə xalqımızın qan yaddaşı olan, 36-cı ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri bildirib ki, gündəliyə 4 məsələ – 2025-ci ilin payız sessiyası dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat,  komitənin 2026-cı ilin yaz  sessiyası üçün iş planının layihəsi, İctimai  Televiziya  və  Radio  Yayımları  Şirkəti  Yayım Şurasının Üzvlüyünə  namizədlikləri  irəli  sürülmüş  şəxslərin seçilməsi  məsələsi və “Kinematoqrafiya   haqqında”  Azərbaycan   Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)  daxil edilib.

Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Mədəniyyət komitəsinin 7 iclası keçirilib və ümumilikdə 9 məsələ müzakirə olunub. Bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.

Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi  barədə məlumat verən Polad Bülbüloğlu qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər keçiriləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.

Sonra İctimai Televiziya  və  Radio  Yayımları Şirkəti Yayım Şurasının  üzvlüyünə  namizədlikləri  irəli  sürülmüş  şəxslər təqdim edilib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə İdman Federasiyasından Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, Dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva, Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən  Babayeva yeni namizədlər olaraq irəli sürülüblər.

Komitə sədri televiziya kanallarının, xüsusilə də İctimai Televiziyanın dövlət və cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, onların daha səmərəli və məhsuldar fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə öz mövqeyini ifadə edib.

Daha sonra “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.  Qeyd edilib ki, qanun layihəsi kinematoqrafiya sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə yönəlib. Layihə xarici və birgə istehsal mexanizmlərinin stimullaşdırılmasını, investisiya cəlbediciliyinin artırılmasını və Azərbaycan kino sənayesinin beynəlxalq bazara inteqrasiyasını təmin etməyi hədəfləyir. Bu dəyişikliklər milli kinematoqrafiyanın dayanıqlı inkişafına, mədəni diplomatiyanın güclənməsinə və yaradıcı sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova kinematoqrafiya sahəsində ölkəmizdə görülən işlərdən, aparılan islahatlardan danışıb.

Müzakirələrdə komitənin sədr müavini Günay Əfəndiyeva, üzvləri Aqil Abbasov,  Novruzəli Aslanov, Tənzilə Rüstəmxanlı, Sahib Alıyev, Şahin Seyidzadə, Elnarə Akimova çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov deputatların suallarını cavablandırıblar.

İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi və İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə Mədəniyyət komitəsinin üzvləri Nizami Səfərov, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.