Milli Məclisin sədri Sahibə Qafarova Braziliyaya səfərə gedib
A
A
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib.
Globalart.az Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.
Globalart. az
