• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

Fevral 12, 2026
A A

Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına, əməkdaşlıq imkanlarının genişlənməsinə və əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub. Sahibə Qafarova qonaqla müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilmiş görüşləri, o cümlədən ötən ilin noyabrında Qahirədə baş tutmuş ikitərəfli görüşü və bu ilin yanvarında Əbu-Dabidə Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında birgə iştiraklarını məmnunluqla xatırladıb.

Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu ölkələrlə münasibətlərin inkişafına böyük diqqət yetirdiyi vurğulanaraq, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. İkitərəfli çərçivədə ərəb ölkələri ilə qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı, mütəmadi təmasların, aparılan danışıqların və əldə olunan nəticələrin əlaqələrin inkişafına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Görüşdə Azərbaycanın islam dininin təbliği, islam həmrəyliyinin möhkəmləndirilməsi və islamofobiyaya qarşı mübarizə istiqamətində ciddi səylər göstərdiyi qeyd olunaraq, bu sahədə ölkəmiz tərəfindən irəli sürülmüş mühüm təşəbbüslər vurğulanıb. Birgə təmsil olunduğumuz İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirildiyini deyən Milli Məclisin sədri, bu platformada əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Eyni zamanda, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında iyirmi ildir davam edən səmərəli əməkdaşlıq münasibətlərinə toxunularaq, Prezident İlham Əliyevin 2022-ci ildə Liqanın Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etdiyi diqqətə çatdırılıb.

Ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə və əlaqələrin parlament xətti ilə inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini deyən Spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ərəb ölkələri parlamentlərinin əksəriyyəti ilə işçi qruplar fəaliyyət göstərir və qarşılıqlı səfərlər, görüşlər həyata keçirilir, əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanır, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.

Söhbət zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş və hazırda Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamenti arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Parlamentin spikeri 2023-cü ilin fevralında Qahirəyə səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil-qərargahını ziyarət etdiyini xatırladıb, həmin səfər zamanı imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Həmçinin, həmin il Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusu əldə etməsinin əməkdaşlığa yeni imkanlar yaratdığı qeyd edilib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ərəb Parlamentinin Prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşən qonaq, ölkə başçısının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində apardığı yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Ərəb dünyasının Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan Məhəmməd Əhməd Əl-Yammahi, ticarət, enerji və logistika kimi strateji sahələrdə tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Ərəb Parlamentinin prezidenti, eyni zamanda, ərəb dünyasının gündəliyində duran məsələlərdə, xüsusilə Fələstin probleminə münasibətdə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq, rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlıq və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb. O, Milli Məclis sədrinin Parlament Şəbəkəsinin işinin səmərəli təşkilindəki rolunu yüksək qiymətləndirib və parlamentləri bir araya gətirən bu mühüm platformanın qlobal məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Məhəmməd Əhməd Əl-Yammahi, həmçinin Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasında iştirak və çıxış etməyə dəvət edib.

Görüşdə qonağa Azərbaycan Respublikasının keçdiyi tarix yol, həmçinin Milli Məclis haqqında məlumat verilib. Parlamentin spikeri Azərbaycan parlamentinin strukturu və fəaliyyəti barədə məlumat verərək siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, eləcə də parlamentə son seçkilərin keçirilməsindən bəhs edib və parlamentin hazırkı çağırışının Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkilərdən sonra formalaşdığını diqqətə çatdırıb.

Görüşdən sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb.

Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.