• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Fevral 23, 2026
A A

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, komitələrin Azərbaycanda son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Nikoloz Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir. Ölkələrimiz arasında münasibətlərin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb.

Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını, Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.