• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

Oktyabr 2, 2025
A A

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.

Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.

Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.