• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Oktyabr 30, 2025
A A

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq Parlament Konfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həm də Senatın sədri Hun Senin təbriklərini çatdırıb.

Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri, Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmasların parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.

Qeyd olunub ki, parlamentlərimiz arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əlaqələrimizin daha da inkişafı üçün mühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur. Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlif komitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin, beynəlxalq parlament təşkilatlarında, o cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.