• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb

Oktyabr 15, 2025
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək qiymətləndiriblər.

Söhbət zamanı Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Globalart.az

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.