• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Sentyabr 30, 2025
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğu bildirilib. Qeyd olunub ki, bu gün dövlət başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsidir ki, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında da geniş əlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə Ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın olması da təqdirəlayiq hal kimi qiymətləndirilib.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun Azərbaycanın qazandığı uğurlardan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən məmnunluqla danışıb. O, bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili standartlar beynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və buna qarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.

Görüşdə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib, bu sahədə qanunverici orqanların mühüm rolu vurğulanıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.