• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oktyabr 16, 2025
A A

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, spiker Sahibə Qafarova təşkilatın Baş katibini yeni fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Türk Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib və ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platforma kimi çıxış edir.

Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir. Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlığının, həmçinin təşkilata üzv ölkələrin parlamentləri ilə əlaqələrinin mahiyyətində Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikri dayanır.

Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli və məqsədyönlü  həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

TÜRKPA-nın Baş katibi Ramil Həsən göstərilən etimada görə, minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın bundan sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Görüşdə TÜRKPA-nın Baş katibinin müavinləri Talqat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali də iştirak ediblər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.