• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Fevral 17, 2026
A A

Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələnin – “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, komitə sədri, əvvəlcə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb. O, qeyd edib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bildirilib ki, həyata keçirilən uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq arenada mövqeyimiz daha da möhkəmlənib, bir sıra mühüm strateji tərəfdaşlıqlar qurulub. Komitə sədri bu nailiyyətlərin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, investisiya mühitinin daha da güclənməsinə müsbət təsirlərini vurğulayıb.

Sonra qanun layihəsini müzakirəyə təqdim edən komitə sədri bildirib ki, sənəddə qanunun yeddinci və on üçüncü maddələrinə dəyişiklik və qanuna bir maddənin (13.1-ci maddə) əlavə olunması təklif olunub. Qeyd olunub ki, layihə təbii ehtiyatlardan istifadənin səmərəliyinin yüksəldilməsi, ekoloji balansın qorunması, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunması və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılması məqsədlərinə xidmət edir.

İclasda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri  Samir İdayətov layihə ilə bağlı ətraflı məlumat verib. O, layihənin “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən hazırlandığını deyib. Agentliyin sədri layihədə təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, sənəddə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin, habelə  tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi  yerin təkindən istifadənin növləri sırasına daxil edilir. Digər istiqamət yer təkindən istifadə sahəsində bir sıra qaydaların hüquqi əsasının yaradılması ilə bağlıdır. Qeyd olunub ki,  qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar qəbul ediləcək.

Eyni zamanda, layihədə yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə qaydalarının müəyyən edilməsi təsbit olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov, Eyvaz Qurbanov, Vüqar Rəhimzadə çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Samir İdayətov deputatların suallarını cavablandırandan sonra qanun layihəsi baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Nigar Arpadarai, Bədəl Bədəlov, Afət Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.