• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

Oktyabr 23, 2025
A A

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin sədri dövlətlərarası münasibətlərin inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin özünün üç il əvvəl Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

S.Qafarova qonağa Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərini çatdırıb, həmçinin özünün Cenevrədə Ermənistan parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat verib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.

Görüşdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğu vurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti, o cümlədən qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeyd olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.