• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli rəqs sənətimizin şahzadəsi Əminə Dilbazi

Dekabr 26, 2025
A A

Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərən Əminə Dilbazi uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib.

Globalart.az xəbər verir ki, bu gün xalqımızın milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazinin anadan olmasının 106-cı ildönümü tamam olur.

Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır. Mahir ifaçı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışıb, bir çox milli rəqs ifaçılarının peşəkar rəqs sənətində fəaliyyət göstərməsinə birbaşa köməklik göstərib. O, klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub.

Görkəmli ifaçının fəaliyyəti boyu repertuarı hər zaman öz rəngarəngliyi ilə səciyyələnib. O, bir çox filmlərdə rəqslərə quruluş verib. Mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib.

Əminə Dilbazi müsahibələrinin birində belə yazıb: “Bir gün Qılman Salmanovla birlikdə getdik Üzeyir bəyin yanına. Üzeyir bəy məni görən kimi dedi: “Balaca qız” – o, mənə belə müraciət edirdi – “sən mənə tanış gəlirsən”. O, anamın 1928-ci ildə məni və bacımı yanına gətirməsini nəzərdə tuturdu. Üzeyir bəy mənə “Balaca qız, sən istedadlısan, mənim musiqimə gözəl rəqs qurmusan. Rəqs qurmağa davam et”, dedi. Onun sözlərindən elə təsirlənmişdim ki, doyunca ağlamaq istəyirdim. Böyük bəstəkar oradaca zəng vurub tapşırdı ki, mənim rəqsimi dövlət konsertinə salsınlar. Bu hadisədən çox həvəsləndim. Qısa müddətdə Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.

Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapıb. Görkəmli rəqqasənin repertuarına rus, Ukrayna, özbək, ərəb, Çin və s. xalqların rəqsləri daxil olub. Bununla yanaşı, Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynayıb.

Tanınmış rəqqasə 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub.

Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət Hacıyev kimi görkəmli musiqiçinin həyat yoldaşı olub.

2010-cu il aprelin 30-da haqq dünyasına qovuşan Əminə Dilbazinin zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik böyük rəqs ustadı kimi xalq rəqslərimizin incəliklərini gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı naminə gördüyü böyük işlər heç vaxt yaddaşlardan silinməyəcək.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.