• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb

Yanvar 8, 2026
A A

Akademik Milli Dram Teatrında gənc yazıçı Pərviz Seyidlinin “Ləng” (“Zamanla yarışan hökmdar”) əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Globalart.az xəbər verir ki, bəşəriyyətin ən böyük fatehlərindən biri – Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını özündə ehtiva edən yeni tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Nigar Güləhmədova, səhnə tərtibatçısı İsa Əsədov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Ceyran Başarandır.

Yeni səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Teymur), Anar Heybətov (Toxtamış), Kazım Həsənquliyev (Qiyasəddin), Ayşad Məmmədov (Keşiş), Elşən Cəbrayılov (Makro), aktyorlar Afət Məmmədova, Nigar Güləhmədova (Saray xatun), İlahə Həsənova (Anna), Vüsal Mustafayev (Lal), Elçin Nurəliyev, Tural İbrahimov, Əliulla Vəliyev, Rəvan Səmədov, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Məmməd Məmmədli, Əli Nurzadə (tələbə), Fərid Qarayev, Nicat İsgəndərli (döyüşçülər) iştirak edirlər.

Qeyd edək ki, Pərviz Seyidli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsinin qalibidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən hər il mart ayının 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Akademik Milli Dram Teatrı bu günü təntənəli şəkildə qeyd edir. Bu il sənət bayramında Akademik Milli Dram Teatrının qarşılıqlı əməkdaşlıq memorandumları imzaladığı türkdilli ölkələrin – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın milli teatrlarının rəhbərləri iştirak edəcək. “Ləng” (“Zamanla yarışan hökmdar”) tamaşasının premyerası 10 Mart – Milli Teatr Günü münasibətilə təşkil olunacaq təntənəli tədbirdə olacaq.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.