Millimiz Polşada 3 medal qazandı
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edib və 1 qızıl, 2 bürünc medal qazanıb. Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin digər üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib olublar.
Globalart.az