• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş keçirilib

Yanvar 16, 2026
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib.

Globalart.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların reabilitasiyası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, reabilitasiya mərkəzlərində yaradılmış müasir şərait, fərdi yanaşma əsasında həyata keçirilən reabilitasiya tədbirləri, psixososial dəstək proqramları bu kateqoriyadan olan vətəndaşların yenidən sağlamlıqlarına qovuşmalarına xidmət edir.

Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlərdən bəhs olunub. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onlardan artıq 260 nəfərin sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları bildirilib.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi proqramların həyata keçirildiyini deyib. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 29 min nəfərin məşğulluğunun təmin edildiyi, o cümlədən bu kateqoriyalara aid 13,5 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulduğu bildirilib.

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.

Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial dəstək tədbirləri, reabilitasiya xidmətləri ilə əhatə olunmaları istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.