• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“MyCulture” yarandı

Noyabr 25, 2025
A A

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsində mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması üzrə işlər uğurla davam etdirilməkdədir. Bu xüsusda, Mədəniyyət Nazirliyi mədəni irsin qorunması sahəsində bir sıra xidmətləri elektron formata keçirib və müraciətlər artıq nazirliyinin “MyCulture” (https://my.culture.az) vahid şəxsi kabineti üzərindən qəbul olunur.

Nazirlikdən Globalart.az-a bildirilib ki, proseslərin sadələşdirilməsi, operativliyin artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərin elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi, daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi üzrə müraciətlər “MyCulture” (https://my.culture.az) şəxsi kabineti üzərindən elektron təqdim olunur.

İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola, müraciətlərin statusunu izləyə bilər.

Elektronlaşdırılan xidmətlərdən biri də “Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi” xidmətidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir.

Qeyd olunan xidmətin timsalında dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi (alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitə daşınması ilə operativliyin təmin edilməsi, prosesin elektron formada izlənməsi, vaxt itkisinin qarşısının alınması və istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi təmin ediləcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.