• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nə üçün kruiz səyahətini seçməliyik?

Dekabr 22, 2025
A A

Tətil anlayışına yeni bir baxış qatmaq, eyni anda həm rahatlanmaq, həm də fərqli ölkələri kəşf etmək istəyənlər üçün kruiz səyahətləri ideal seçimdir.

1. Hər səhər fərqli mənzərəyə oyanmaq – özü də çamadanı açıb-bağlamadan

Tətilin ən sevilməyən tərəflərindən biri çamadanı dəfələrlə açıb-yığmaqdır. Xüsusilə bir neçə şəhər və ölkə gəziləcəksə, bu proses daha da yorucu olur. Kruiz səyahətində isə çamadanınızı cəmi bir dəfə açırsınız və hər səhər tamam fərqli, möhtəşəm mənzərələrə oyanırsınız. Siz sadəcə tətilin dadını çıxarırsınız.

2. Saatın və günün neçə olduğunu unutmaq

Tətilin ən gözəl hissəsi zaman anlayışını itirməkdir. Kruiz səyahətləri sizi gündəlik həyatdan tamamilə ayırır. Gəmidə əyləncə heç vaxt bitmir – gecə-gündüz, hər yaş üçün uyğun proqramlar var. Vaxtın necə keçdiyini hiss etməyəcəksiniz.

3. Daha az ödəyib daha çox şey əldə etmək

Tətil planı qurarkən çox vaxt xərclər insanı qorxudur. Amma kruiz səyahəti əslində tam pansiyon konaklama, yüksək komfort, hər gün yeni ölkələr və şəhərlər, limitsiz əyləncə və dünya mətbəxlərini bir arada təqdim edir. Yəni ödədiyiniz məbləğin qarşılığını fazlası ilə alırsınız.

4. Yol yorğunluğu olmadan yeni yerlər kəşf etmək

Çox gəzmək istədikdə bədən hər zaman bu tempə hazır olmur. Kruiz səyahətinin üstünlüyü də məhz bundadır: siz gəminin içində istirahət edib əylənərkən, o sizi başqa bir ölkəyə aparır. Yorulmadan, stresssiz səyahət edirsiniz.

5. Təcrübə yalnız çöldə deyil, gəminin içində də davam edir

Kruiz tətillərində səyahət etdiyiniz ölkələrdə gəzib-dolaşdıqdan sonra geri döndüyünüz yer də yenə tətilin özüdür. Restoranlar, şoular, hovuzlar, spa və müxtəlif əyləncələr sayəsində tətil heç vaxt dayanmır.

6. “Ac qaldım” problemi yoxdur

Bəzən getdiyimiz ölkələrin mətbəxi zövqümüzə uyğun olmur və ya gözlənilməz saatlarda acırıq. Kruiz gəmilərində isə bu mümkün deyil. Gündə üç dəfə əsas restoranlar, 20 saat xidmət göstərən açıq büfələr və gün boyu ikramlar var. Kilo almaqdan qorxmayın – dəniz mənzərəli idman zallarında kalori yandırmaq da mümkündür.

7. Uşaqlarla tətili daha rahat və əyləncəli etmək

Uşaqlarla tətil çətin görünə bilər, amma kruiz səyahətləri bu anlayışı dəyişir. Gəmilərdə hər yaş qrupu üçün ayrıca uşaq klubları mövcuddur. Uşaqlar əylənərkən, valideynlər də rahatlıqla tətilin keyfini çıxara bilirlər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.