• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Nəsil yaddaşı” filmi İsmayıllıda nümayiş olunub

Fevral 24, 2026
A A

“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerli auditoriya üçün göstərilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Nəsil yaddaşı” filmi 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edir. Filmin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, bəstəkarı Nigar Süleymandır.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi postprodakşn mərhələsində olan filmlər arasında keçirilən “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibi olub.

Əvvəlcə Babək Abbaszadə filmin çəkilişi haqqında məlumat verib, bu günədək az tədqiq olunmuş İsmayıllı soyqırımının kino ekranına gətirilməsinin əhəmiyyətindən danışıb və Vətən müharibəsi qazisi Nurəddin Əzizlinin filmdə iştirakını xüsusi qeyd edib.

Sonra prodüser Ramil Ələkbərov filmin yaradıcı heyətini tamaşaçılara təqdim edib.

Nümayişdə filmin iştirakçıları və qəhrəmanları ilə yanaşı, İsmayıllı rayon ictimaiyyəti də iştirak edib.

Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr və fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.