• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Nəsimi” süni zəka ilə ilk dəfə səhnəyə gətirilir

Dekabr 19, 2025
A A

Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən “Nəsimi” operası tamaşaçılara yeni səhnə həlli ilə 2026-cı il martın 3-də Heydər Əliyev Sarayında təqdim olunacaq.

Bu barədə Globalart.az-a  tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov məlumat verilib.

Bildirib ki, opera ölkəmizdə ilk dəfə süni zəka texnologiyalarından istifadə edilərək hazırlanıb. Tamamilə fərqli quruluşda səhnələşdirilən əsər müasir texnologiyalarla klassik operanın sintezini əks etdirir.

Əməkdar artist Ramil Qasımov sözlərinə görə, akademik Rafael Hüseynov və Xalq artisti Siyavuş Kərimi tərəfindən ərsəyə gətirilən “Nəsimi” operası yaradıcılığında xüsusi yer tutur və böyük mənəvi məsuliyyət daşıyır: “Nəsimi” operası yaradıcılığımda dönüş nöqtəsidir. Opera bir həyatdır”.

Ramil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyətə təşəkkür edib, eyni zamanda bu səhnə işinə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun diqqət və dəstəyini də xüsusi qeyd edib.

Operanın yaradıcı heyətinə quruluşçu rejissor, Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijor – teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, quruluşçu rəssam Nərgiz Quliyeva və quruluşçu xoreoqraf, Əməkdar artist Yuriy Lobaçev daxildir. Tamaşada opera ifaçıları, dram aktyorları və muğam ifaçıları iştirak edirlər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.