• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Fevral 9, 2026
A A

Fevralın 6-da Bakı şəhərində “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov ölkədə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. Qeyd edib ki, 2022-2025-ci illər üzrə orta illik artım tempi sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən olunmuş 5%-lik hədəfi üstələyərək 5,6% təşkil edib. Son illərdə qeyri-neft sektorunun inkişafı və vergi islahatları nəticəsində ölkənin fiskal dayanıqlığı güclənib, strateji valyuta ehtiyatları 85 milyard ABŞ dollarını ötüb. Nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar və suverenliyimizin tam bərpası ölkənin iqtisadi inkişafı üçün yeni imkan və çağırışlar müəyyən edir. Bu fonda Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvan Muxtar Respublikası üçün xüsusi imkanlar açacaq. Son illərin sosial-iqtisadi göstəriciləri muxtar respublikasının iqtisadi aktivliyinin artdığını nümayiş etdirir. Dövlətin sahibkarlara göstərdiyi dəstəyin daha da gücləndirilməsi məqsədilə Naxçıvanda da vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanılıb. Yaradılmış şərait Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına və sosial rifahın yaxşılaşmasına gətirib çıxaracaq.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanın son illərdə əldə etdiyi sosial-iqtisadi nəticələrə və regionun strateji üstünlüklərinə diqqət çəkib. Qeyd edib ki, açılması nəzərdə tutulan sənaye parkı və mövcud sənaye məhəlləsinin fəaliyyəti, istehsal və logistika imkanlarının genişlənməsi, eləcə də Türkiyə ilə quru sərhədinin mövcudluğu Naxçıvanı regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevirir. Nazir həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və dövlət – özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının artdığını, son illərdə regionda sahibkarlıq mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Qeyd edib ki, 2025-ci ildə muxtar respublikada büdcəyə vergi daxilolmaları 260 milyon manatdan çox olub, daxilolmaların 70 faizdən artıq hissəsi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmət rəisinin müavini 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiq edilən vergi güzəştlərinin mənfəət və gəlir vergisini, əmlak və torpaq vergisini, sadələşdirilmiş vergini, dividend gəlirlərini, eləcə də idxalda əlavə dəyər vergisini əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, güzəştlər regionda investisiya qoyuluşunun stimullaşdırılmasına xidmət edir.

Tədbirdə sahibkarların ictimai birliklərinin rəhbərləri də çıxış ediblər. Daha sonra Naxçıvan Muxtar Respublikasında 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri, eləcə də muxtar respublikanın iqtisadi potensialı və sahibkarlar üçün dəstək mexanizmlərinə dair təqdimatlar keçirilib.

Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.