• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nazir müavini: Son iki ildə rəqəmsallaşma və süni intellekt sahəsində 200-dən çox normativ-hüquqi akt qəbul olunub

Fevral 25, 2026
A A

Yeni texnoloji inkişaf artıq qlobal tərəqqinin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni texnologiyalar iqtisadiyyatın ənənəvi sektorları ilə müqayisədə üç dəfə daha yüksək artım tempinə malikdir: “Buna görə də dünya dövlətləri bu istiqamətdə irəliləyişi təmin etmək üçün müxtəlif imkanlar formalaşdırır, insan kapitalını gücləndirir və infrastruktur layihələrinə ciddi investisiyalar yatırır. Azərbaycanda son illərdə həyata keçirilən islahatlar da məhz texnoloji inkişaf sıçrayışı üçün baza formalaşdırmağa xidmət edir”.

Nazir müavini deyib ki, iqtisadi sabitlik, sosial rifahın yüksəlməsi və kifayət qədər valyuta ehtiyatlarının mövcudluğu bu sahəyə xüsusi diqqət ayırmağa imkan verir: “Son iki ildə rəqəmsallaşma və süni intellekt sahəsində 200-dən çox normativ-hüquqi akt qəbul olunub. Bu normativ-hüquqi aktlar nəticəsində rəqəmsal mühitdə formalaşan sənədlər – şəxsiyyət vəsiqəsi, təhsil, əmlak və sosial təminat sənədləri artıq fiziki daşıyıcıda təqdim olunan sənədlərlə tam bərabər hüquqi qüvvəyə malikdir və bu, qanunvericilikdə təsbit olunub. Əsas diqqət mərkəzi infrastrukturun gücləndirilməsinə yönəldilib. Prioritet obyekt kimi Elektron Hökumət İnformasiya Sistemi müəyyən edilib. Bu sistem dövlət orqanları və qurumları arasında sistemlərarası proseslərin rəqəmsal mühitdə mübadiləsini təmin edir. Buraya həm sənəd, həm də məlumat xarakterli proseslər daxildir. Cari vəziyyət göstərir ki, demək olar, çox az sayda informasiya sistemi bu platformadan kənarda qalıb”.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.