• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nazir müavini Umayra Tağıyeva: Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb

Oktyabr 17, 2025
A A

Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra xanım Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, son on ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı 6 dəfə artıb. Meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb. Yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.

“Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır”, – deyə Umayra Tağıyeva vurğulayıb.

O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb: “Bu ilin aprel ayında Bakıda bir sutkada yağan yağıntının miqdarı üçaylıq normanı ötüb və nəticədə iki nəfər həyatını itirib. 2019-cu ildə isə güclü külək paytaxtın infrastrukturuna zərər vurub. Belə halların qarşısını almaq üçün dövlət qurumları arasında koordinasiyalı fəaliyyət və hava proqnozlaşdırma sistemlərinin inkişafı vacibdir”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.