• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nizami Kino Mərkəzində “Canqurtaranlar” sənədli filminin təqdimatı olub

Fevral 6, 2026
A A

Fevralın 5-də Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə “Canqurtaranlar” sənədli filminin təqdimatı keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, film 2023-cü ildə Türkiyədə baş vermiş, “Əsrin fəlakəti” adlandırılan dağıdıcı zəlzələ zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının göstərdikləri fədakarlıqdan bəhs edir.

“Canqurtaranlar” sənədli filminin rejissoru Murad Quliyevdir.

Filmin nümayişindən əvvəl çıxış edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti Əməliyyat İdarəsinin rəisi Elşad Zərbəliyev Türkiyədə baş vermiş zəlzələnin miqyasından, xilasetmə əməliyyatlarının çətinliyindən və Azərbaycan xilasedicilərinin həmin günlərdə göstərdikləri peşəkarlıq və fədakarlıqdan danışıb.

Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qeyd edib ki, baş verən hadisə son dərəcə ağrılı idi: “Həqiqətən də çox böyük faciə yaşandı. Bu, sözün əsl mənasında, can bazarı idi. Belə anlarda insanı yalnız insan xilas edə bilərdi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tarix boyu özünü dəfələrlə sübut edib. Gecə-gündüz, soyuq havada dağıntılar altında qalan insanları xilas etmək üçün çalışanları gördükcə insan həm qürur, həm də dərin hüzn hissi keçirirdi. On minlərlə vətəndaşımızı itirdik. Həlak olanlara Allahdan rəhmət diləyirəm”, – deyə səfir qeyd edib.

O bildirib ki, Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsi Türkiyə xalqının qəlbində Azərbaycan–Türkiyə həmrəyliyinin əbədi simvolu kimi yaşayacaq. Bu filmin çəkilməsi də həmin günlərdə yaşananları gələcək nəsillərə çatdırmaq baxımından son dərəcə önəmlidir.

Filmin rejissoru Murad Quliyev isə bildirib ki, bu layihənin ideyası onu dərindən təsirləndirən bir hadisədən sonra yaranıb: “Mən hər zaman baş verən hadisələrə film gözü ilə baxıram. Bu filmin ideyası bir yanğın hadisəsinə şahid olduğum zaman yarandı. Həmin səhnə mənə çox güclü təsir etmişdi. Ertəsi gün rəhbərimizə bu barədə məlumat verdim və ideyamı onunla bölüşdüm. Daha sonra televiziya rəhbərliyinə də təqdim olundu və layihəyə dəstək verdilər”.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən “Canqurtaranlar” sənədli filminin yaradıcı heyətinə sertifikatlar təqdim edilib.

Sonra “Azərbaycantelefilm”in istehsalı olan sənədli film nümayiş olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.