Oleq Əmirbəyov Rus Dram Teatrına direktor təyin edilib
A
A
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor təyin olunub.
Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Oleq Əmirbəyov bu vəzifəyə təyin olunub.
Əməkdar artist Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.
Nazirin bundan əvvəl imzaladığı əmrə əsasən, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin edilib.
Globalart.az