Ölkədə bu qanunlar artıq qüvvədədir – Siyahı
Bu gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır.
Globalart.az müxtəlif sahələri əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edir:
– Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb
– Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb
– Köhnə idxal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunub
– Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb
– Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad edilib
– Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq.
– Media subyektləri vergilərdən azad olunub
– Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilib
– Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcək (ayda 16 manat).
– Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb
– Fərdi iş sahibləri (dərzi, aparıcı, çalğıçı və s.) sosial sığorta haqqını minimum aylıq əmək haqqının 5%-dən 8%-ə qədər ödəyəcək.
– Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib
– Qeyri-neft-qaz sektoru üzrə 2 500 manata qədər olan maaşlardan 3% gəlir vergisi tutulacaq
– Azərbaycana gətirilən 1-dən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib
– Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib
– Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib.