• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir

Noyabr 12, 2025
A A

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə Xalq Müdafiəçisi Vasile Koroi ilə görüşüb.

Ombudsman Aparatından Globalart.az-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət, müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam üzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini səsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı məlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha gücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksək qiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.