Onur Quluzadə Tunis turnirində 2 medal qazandı
A
A
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Tunisdə keçirilən “WTT Youth Star Contender Tunis 2026” turnirində stolüstü tennisçimiz Onur Quluzadə U-15 yaş kateqoriyasında şəxsi mübarizədə gümüş medal qazanıb.
Qeyd edək ki, ötən gün qoşa yarışlarda almaniyalı idmançı Vanq Lukasla birgə qızıl medala layiq görülüb.
Globalart.az