• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Opera studiyasının səhnəsində “Toska” operası nümayiş olunub

Yanvar 12, 2026
A A

Bakı Musiqi Akademiyasının nəzdində Opera studiyasının konsert salonunda görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası nümayiş olunub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa ediblər. Həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova tamaşada rol alıblar. Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, premyerası 1900-cü ildə Milanda keçirilən bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub, dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanıb. Beləliklə də, L.İllika və C.Cakozanın librettosu əsasında Puççini “Toska” operasını qələmə alıb. Operanın süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.