• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Opera və Balet Teatrı Zəfər Gününü bayram konserti ilə qeyd edib

Noyabr 11, 2025
A A

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının Opera studiyasının konsert zalında konsert təşkil edib.

Globalart.az xəbər verir ki, qala tədbiri 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsinin beşinci ildönümünə həsr olunub.

Konsertdə teatrın simfonik orkestri və xoru baş dirijor, Əməkdar artist Əyyub Quliyev və baş xormeyster, Əməkdar artist Sevil Hacıyevanın dirijorluğu ilə çıxış edib.

Səhnədə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev və Təyyar Bayramov, solistlər Mahir Tağızadə, Atəş Qarayev, Səma Həmzəyeva və Hidayət Əliyev çıxış ediblər. Konsert proqramında Cavanşir Quliyevin “Əsgər marşı”, “Azərbaycan” və “Turan” marşları, Müslüm Maqomayevin “Odlar yurdu”, Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin Vətən haqqında mahnıları, “Ay Laçın” xalq mahnısı, habelə Könül Hüseynova, Elza İbrahimova, Tamilla Əhədova, Bikə Axundovanın əsərləri, həmçinin Rüfət Axundzadənin “Qələbə marşı” yer alıb.

Azərbaycan xalqının rəşadətinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin rəmzi kimi ölkə tarixində əbədi həkk olunmuş əlamətdar bir tarixə təsadüf edən sənət axşamı Qələbə ruhunu, milli qüruru və klassik musiqinin əzəmətini birləşdirib, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.