• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Oriental Fashion Show”u məhz mənim açmağım böyük sevincdir

Dekabr 9, 2025
A A

“Bu gün çox önəmli bir tədbirin iştirakçılarıyıq və “Oriental Fashion Show”u məhz mənim açmağım böyük sevincdir. Açılışı illər əvvəl hazırladığım, mənim üçün hələ də dəyərli olan və dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən ‘Xalçaların Dili’ kolleksiyamla etməkdən qürur duyuram.

Modelyer-dizayner Gülnarə Xəlilova İƏT Mədəniyyət Festivalı — “Baku Creative Week 2025” çərçivəsində keçirilən “Oriental Fashion Showda Globalart.az-a verdiyi özəl açıqlamada belə deyib: “Bu kolleksiyanı 2014-cü ildən etibarən hazırlamağa başlamışam və o, Avropada nüfuzlu bir mükafata da layiq görülüb. Kolleksiyanın əsas ideyası müxtəlif xalça naxışlarının geyimlərdə əks olunması və tamamilə orijinal Swarovski qaşlarla işlənmiş aksessuarlarla tamamlanmasıdır. Geyimlərin əksəriyyəti yüksək keyfiyyətli məxmər parçadan hazırlanıb, həmin məxmərin üzərindəki aksessuarlar və çantalar isə xalça naxışları ilə bəzədilib. Bu naxışların hər biri özündə xüsusi bir mesaj daşıyır.

‘Xalçaların Dili’ kolleksiyasının hər nümunəsinin ayrıca mənası var. Çünki “xalçaların dili” — xalçaların öz hekayəsini danışması deməkdir. Mən illərdir “Azərbaycan Milli Geyim Günü keçirilsin” təşəbbüsü ilə çıxış edirəm və bu kolleksiya da həmin ideyanın bir hissəsi kimi ərsəyə gəlib.

Bu illər ərzində ‘Xalçaların Dili’, ‘Gəncliyin Səsi’, ‘Turan’, ‘Miniatür’, ‘Şəbəkə’ kimi bir çox kolleksiyalar məhz bu şüar altında yaradılıb. 2007-ci ildən davam etdirdiyim bu təşəbbüsün məqsədi odur ki, həmin gün rəsmi şəkildə qeyd olunsun və insanlar gündəlik, klassik və ya idman tərzində geyimlərinə sadəcə bir milli aksesuar əlavə etməklə bütün obrazın ruhunu dəyişə bilsinlər.

Hazırda təqdim olunan kolleksiya da məhz bu ideyadan ilhamlanaraq hazırlanıb.”

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.