Ötən il külək və günəş enerjisi istehsalı 162,3 mln. kVt·st artıb
2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt·st olub.
Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə İES-lərdə 24 823,4 mln. kVt·st, SES-lərdə 2 842,5 mln. kVt·st, digər mənbələr üzrə isə 991,6 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 599,8 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt·st (İES-lərdə 22 703,6 mln. kVt·st, SES-lərdə 2 827,1 mln. kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub.
Globalart.az